Neft məhsullarının istehsalı azalıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1567,3 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8 % azalıb. BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ağ neftin istehsalında 8,2 %, yanacaq mazutunun istehsalında 39,9 %, dizel yanacağının istehsalında  16,8 % azalma müşahidə edilib.

Qeyd edək ki, avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır