Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2727.3 mln. manat olmaqla əvvəlki illə müqayisədə 7.8% azalıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 6.3%, yanacaq mazutunun istehsalı 45.2%, dizel yanacağının istehsalı 18.1% azalıb.
Qeyd edək ki, avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.