Neft məhsullarının ixracında azalma müşahidə olunub

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin noyabr ayında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı, 8 min 104 ton yüksək təzyiqli polietilen, 6 min 190 ton maye piroliz qətranı, 3 min 402 ton propilen və 3min 600 ton butilen butadiene fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 76 min 726 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 min 577 ton maye piroliz qətranı, 37 min 554 ton propilen və 18 min 766 ton butilen butadien fraksiyası ixrac edilib.

2016-cı ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-471,35 ABŞ dolları,təyyarə yanacağının-440,42 dollar, dizel yanacağının -408,57 dollar, 1% kükürdlü mazutun qiyməti -257,85 dollar, yüksək təzyiqli polietilenin-1213,75 dollar, butilen butadien fraksiyasının-524,70 dollar, maye piroliz qətranının-471,35 dollar, propilenin qiyməti-755 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti-918 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır