Neft ölkələrinə “ayıldıcı” xarakterli xəbərdarlıq edilib

Beynəlxalq Enerji Agentliyi 2018-ci il üçün ilk proqnozunu verib.

Proqnoza görə, OPEC üzvü olmayan ölkələrdə neft hasilatının artması, 2018-ci ildə tələbdə baş verəcək artımı üstələyəcək. Belə ki, təklif tələbi üstələyəcəyi üçün qiymətlər aşağı düşə bilər.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan neft istehsalçısı ölkələr, istehsalda gələn il son dörd ilin ən böyük artımını edəcəklər. Bu səbəblə, OPEC və tərəfdaşlarının gələn ilin yazına qədər neft hasilatını azaltmaları yetərsiz  olacaq.

Beynəlxalq Enerji Agentliyi, 2018-ci il üçün yayımladığı ilk hesabatın, təklifi “tormozlamaq” istəyən istehsalçılar üçün “ayıldıcı” xarakterdə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır