Neft yüksəlişini dayandırıb

ABŞ-ın artmaqda olan neft quyuları OPEC-in istehsalı azaltması qərarını balanslaşdırıb.

Bu səbəblə neft qiymətləri yüksəlişini 56 dollar səviyyəsində dayandırıb.

Sidneydə CMC Markets-in baş analitiki Ric Spooner: “Neft bazarı keçici bir tarazlıq əldə edib və hal-hazırda bu səviyyədə dayandığı müşahidə edilir. OPEC-in istehsalı azaltması ilə bağlı bütün işarələr bazarı sabit saxlamağa kifayət edəcəkdir”-deyib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır