Bu haqda beynəlxalq maliyyə nəhənglərinin ekspertləri deyib.
9 ayın ən güclü yüksəlişini həyata keçirən neftin OPEC-in istehsalı azaltmasilə bağlı qərarından sonra qazanclarının artacağı gözlənilir. Digər tərəfdən isə ekspertlər bunun uzun müddət davam etməsinə şübhə ilə yanaşırlar.
Morgan Stanleyin fikrincə, ABŞ-da artan qaya nefti istehsalı ilə Asiyadan Şimal Dənizinə qədər uzanan investisiyalar neftin yuxarıyönlü potensialını məhdudlaşdıraraq bazarı 2017-ci ilin sonuna qədər xəyal qırıqlığına uğrada bilər.
Goldman Sachs 2017-ci ilin ikinci yarısında neftin qiymətlərinin əvvəl 60 dolları ötəcəyini sonradan isə 50 dollardan daha da azalacağı barədə proqnoz verib.
Yaponiyada Mitsui & Co. isə neftin ötən 6 ayda olduğu kimi 40 dollar səviyyəsində olacağını bildirib. Şirkətin eskperti Keigo Matsubara açıqlamasında: “Neft 60 dollara qədər yüksələ bilər. Lakin sonra qaya nefti istehsalçıları səhnəyə çıxacaq və qiymətlər böyük bir ehtimalla geriləyəcək. Yəni 50 dolların üstündə olan səviyyədə davam edə bilməz”-deyib.