Neftin düşməsi OPEC ölkələrinin gəlirlərini necə azaldıb

2015-ci ildə OPEC-ə üzv ölkələrin neftin satışından gələn daxilolmaları son 10 ilin minimum həddinə çatıb. Fins.az xəbər verir ki, ötən il neft kartelinin gəliri 2014-ci illə müqayisədə 45,8% azalaraq 518.2 milyard dollar təşkil edib. OPEC-in hesabatına görə, 2015-ci ildə bu rəqəm 956,2 milyard dollar təşkil edib.

Eyni zamanda, 2015-ci ildə OPEC-ə üzvü olan 13 ölkənin neft ixracı 1,7% və ya  23,6 milyon barelədək artıb.

Bununla belə məlum olub ki, ən böyük gəlir azalmasına OPEC liderləri məruz qalıblar. Belə ki, Səudiyyə Ərəbistanı gəlirləri 1,8 dəfə azalıb.  Bu ölkə 2014-cü ildə neft satışından 284,4 milyard dollar, 2015-ci ildə isə 157.9 milyard dollar  əldə edib.

Küveytin gəliri də yarıbayarı azalıb – 97,5 milyard dollardan 48,8 milyarda enib.

BƏƏ gəlirləri də demək olar ki, iki dəfə azalıb – 97.2 milyard dollardan 52,4 milyard dollara enib. Nəticədə dünya bazarlarında neftin qiymətinin düşməsi və ölkənin neft gəlirlərinin azalması səbəbindən təşkilat üzvləri olan ölkələrdə 2015-ci ildə 99,6 milyard dollar həcmində cari əməliyyatların hesab kəsiri qeydə alınıb. Halbuki bir il əvvəl 238.1 milyard dollarlıq profisit əldə edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır