“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 1.3 dollar və ya 1.61% ucuzlaşaraq 79.23 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.21 dollar və ya 0.28% azalaraq 73.94 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti 0.03 dollar və ya 0.04% ucuzlaşaraq 79.41 dollara çatıb.