ABŞ-ın investisiya bankı “Jefferies” 2018-ci ilə dair “Brent” neftinin qiymətini 64 dollardan 57 dollar səviyyəsinə salıb.
Bankın analitikləri Michael Hsu və Zach Parham 2019-cu il üçün təxminlərini də 67 dollardan 60 dollara endiriblər. 2020-ci il üçün isə bu rəqəmlər 70 dollardan 65 dollar səviyyəsinə qədər endirilib.