Neftin qiymətlərində artım müşahidə olunub

Dünya birjalarında neftin qiymətlərində artım müşahidə olunub. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,87 ABŞ dolları artaraq 59,86 ABŞ dolları, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,75 ABŞ dolları bahalaşaraq 51,26 ABŞ dolları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır