Azərbaycan neftinin qiyməti ucuzlaşıb

“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 3.27 dollar və ya 4.32% ucuzlaşaraq 72.48 dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 1.10 dollar və ya 1.63% azalaraq 67.66 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə dəyişməyərək, 74.25 dollar səviyyəsində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır