Qlobal internet televiziya şəbəkəsi Netflix 2017-ci ilin dördüncü rübündə xalis mənfəət və gəlirlərini açıqlayıb.
BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Netflix ötən ilin dördüncü rübündə gəlirinin keçən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 3.29 mlrd. dollar olduğunu bildirib. 2016-cı ilin sonunadək isə şirkətin gəlirləri 2.4 mlrd. dollar olub.
2017-ci ilin dördüncü rübündə şirkətin xalis mənfəəti ondan əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.7 dəfə artaraq 186 mln. dollara çatıb.
Netflix 2016-cı ilin oktyabr-dekabr dövründə 67 mln. dollarlıq xalis mənfəət açıqlamışdı.
Şirkətin bazar dəyəri 98.5 mlrd. dollardan 107.2 mlrd. dollaradək artıb.
Qeyd edək ki, Netflix-in bazar dəyəri ilk dəfə olaraq 100 mlrd. dolları aşıb.