Nikoil Bank CASH-IN xidmətini yeniləyib

NIKOIL | Bank cari və kart hesablarına www.hesab.azwww.e-pul.az saytları və ya xüsusi ödəmə terminalları vasitəsilə əlavələrin edilməsi üzrə CASH-İN xidmətini yeniləyib. Bu funksiya ilə müştərilər gün ərzində öz hesablaşma, depozit və kart hesablarını, FOREX hesablarını, həmçinin kredit borcunun ödənilməsi üçün vəsaitlərin Milliön, EasyPay və E-manat vasitəsilə ödənişini fasiləsiz həyata keçirməyə imkan verir. Bu xidmət, nəğd vəsaitlərin həm milli, həm də xarici valyuta vasitəsilə ödənilməsini nəzərdə tutur. Müştərilərə öz kreditlərini asanlıqla yükləyə biləcəyi CİB mobil əlavəsi vasitəsilə ödənilməsinə də imkan yaradılır. Azərbaycanda NIKOIL | Bank-ın aktiv ödəniş xidməti Milliön şəbəkəsində 2684 terminal, E-manat şəbəkəsində 2083 terminal, EasyPay şəbəkəsində  isə 309 terminal vasitəsilə təqdim edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır