NIKOIL | Bank Visa-nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşuldu. NIKOIL | Visa Gold və NIKOIL | Visa Platinum kartları vasitəsilə ödəniş edərkən bankın hər bir müştərisinə partnyor restoran, geyim butikləri, ətriyyat mağazaları və supermarketlər şəbəkələrində 7.5%-dən 20%-ədək endirim təqdim edilir. Partnyorların tam siyahısı ilə www.visa.com.azsaytında tanış ola bilərsiniz.
NIKOIL | Bank-ın premium sinifli plastik kart sahibləri müasir ödəniş vasitəsinə, həmçinin kart qalığına Manat üzrə illik 8% və ABŞ Dolları üzrə illik 2% həcmində hesablanan faiz və əlavə üstünlüklər əldə edə bilir. Sərfəli faiz şərtləri ilə yanaşı, bu kart növünün hər bir yeni sahibi sms-notification və mobile banking kimi xidmətlərə pulsuz qoşula və digər üstünlüklərdən faydalana bilər. Kartın balansını onlayn artırmaqla yanaşı, Milliön, EasyPay və E-manat ödəniş aparatları vasitəsilə də artırmaq olar!