NIKOIL Bank növbəti qanvermə aksiyasını keçirib

Dekabrın 2-si NIKOIL Bank-ın kollektivi qana ehtiyacı olan uşaqlar üçün  növbəti könüllü qanvermə aksiyasını keçirib.

NIKOIL Bank-ın Bakı şəhəri filialları və Mərkəzi filialının bütün əməkdaşları Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində keçirilən aksiyada iştirak ediblər.

Artıq 10 ildir NIKOIL  Bank “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır