Ramazan bayramı münasibətilə “NIKOIL Bank” sosial aksiya keçirib. Belə ki, bank Bakı məscidlərinin birində bayram iftarı təşkil edib. Ənənəvi duanın oxunması və namaz ilə başlanan tədbirdə 150 nəfərə yaxın dindar iştirak edib.
Xatırladaq ki, “NIKOIL Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.