“Nikoil Bank” və “Bank VTB (Azərbaycan)” birgə bankomat şəbəkəsi istifadəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə nəticəsində bütün müştərilər – hər iki bankın kart sahibləri “Nikoil Bank” və “Bank VTB (Azərbaycan)” bankomatlarında əlavə komissiya haqqı olmadan nağd pul çıxara biləcəklər.
Əlavə olaraq, birgə bankomat şəbəkəsində «Cash by Code» və «Card to Card» vasitəsilə vəsait köçürülməsi, həmçinin 3D Secure və SMS-bildiriş kimi xidmətlər mümkün olacaq.