“Nikoil Bank” ASC Marketinq şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edib.
İşə qəbul olunacaq namizəd aşağıdakı vəzifələri icra etməlidir.
– Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;
– Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
– Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
– Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
– Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
– Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
– Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
– Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması;
– Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili;
– Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması;
Namizədlərə qarşı aşağıdakı tələblər qoyulub:
– Ali təhsil;
– Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
– Analitik və kreativ düşünmə tərzi;
– Təqdim etmə bacarığı;
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq;
– Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
– SMM sahəsində geniş təcrübəyə malik olmaq;
– MS Office-də işləmək bacarığı;
– Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək);
Qeyd edək ki, son müraciət tarixi avqustun 31-dir.
CV-lər marketing@nikoil.az ünvanına mövzu hissəsinə Marketinq şöbəsinin mütəxəssisi başlığı yazılmaqla göndərilməlidir.