NIKOIL Bank “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni – “Tarif 0%” təklifini elan edir. Bu məqsədlə Puşkin küçəsi 30 ünvanında yerləşən, 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açılıb.
Bundan sonra, yaxın və uzaq xarici ölkələrə milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir.
“Zolotaya Korona” pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur. “Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.