“Nikoil Bank”da geniş – STRUKTUR DƏYİŞİKLİYİ

“Nikoil Bank”da geniş struktur dəşikliyi baş verib.

Bankın İdarə Heyətinin üzvlərinin səlahiyyətləri dəyişib. Belə ki, əvvəllər İdarə Heyətinin sədrinin biznes üzrə müavinin tabeçilində olan “Xəzinədarlıq Departamenti” artıq birbaşa olaraq İdarə Heyətinin sədrinin nəzarətinə verilib. Bunun əvəzində  İdarə Heyətinin sədrinin retail (pərakəndə) üzrə müavininə tabe olan “İnfrastruktur departamenti” artıq İdarə Heyətinin sədrinin biznes üzrə müavinin idarəsinə verilib.

Bundan əlavə departamentlərin tərkibində də dəyişikliklər baş verib:

1.”Hüquq Departamenti”nin daxilində 3 şöbə formalaşdırılıb:

  • Bank fəaliyyətinin hüquqi tənzimlənməsi şöbəsi;
  • Məhkəmə orqanları ilə iş şöbəsi;
  • İcra orqanları ilə iş şöbəsi.

2. “Risklərin idarəedilməsi və komplayens departamenti”nin şöbələri yenidən təşkil edilib və sayı 6-ya yüksəldilib:

  • Kredit riskləri şöbəsi;
    • Kredit portfelinin inzibatlaşdırılması qrupu;
    • Anderrayting qrupu.
  • Analitika, hesabat və ehtiyatlara nəzarət şobəsi;
  • Əməliyyat və bazar riskləri şöbəsi;
  • AML şöbəsi;
  • Monitoring şöbəsi;
  • Girov əmlakının qiymətləndirilməsi şöbəsi.

3.  “Problemli aktivlərin idarəedilməsi və hüquq inzibatçılığı departamenti”nin şöbələrinin sayı isə 5-dən 3-ə qədər azaldılıb:

  • Problenli aktivlərin idarəedilməsi üzrə çağrı mərkəzi;
  • Məhkəməyə qədər icra şöbəsi;
  • Girovların reallaşdırılması şöbəsi.

4. “Maliyyə departamenti”nin “Daxili Mühasibatlıq şöbəsi”nin daxilində “Maliyyə nəzarəti qrupu” yaradılıb.

5.”İnformasiya texnologiyaları departamenti”nin tərkibində olan 5 şöbədən üçünün isə adı dəyişdirilib:

  • Şəbəkə inzibatlaşdırılması şöbəsi => Şəbəkə sistem inzibatlaşdırılması şöbəsi;
  • Proqram təminatının tətbiqi və müşayiəti şöbəsi  => Proqram komplekslərinin tətbiqi və müşayiəti şöbəsi ;
  • Klirinq və pul dövriyyəsi şöbəsi =>  Klirinq və hesablaşmalar şöbəsi.

6.  “Korporativ Biznes ilə iş departamenti”nin “Biznesin inkişaf etdirilməsi” şöbəsinin adı “Biznesin inkişaf şöbəsi” olaraq dəyişdirilib.

Həmçinin Bankın “İcraçı direktoru (biznes)” vəzifəsi “Baş direktor (texnologiya və hesablamalar)” vəzifəsi ilə əvəz edilib.

Həmçinin İdarə Heyətinin tabeçiliyində olan beş komitədən ikisinin adı dəyişdirilib:”Risklərin idarəedilməsi  komitəsi”nin adı “Risklərin, aktivlərin və passivlərin idarə edilməsi komitəsi” olaraq, “Personal komitəsi”-nin adı isə “Heyət üzrə komitə” olaraq dəyişdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır