“Nikoyl Bank” dörd əsas kredit məhsulunu sərfəli şərtlərlə, milli valyutada, illik 20%-dən başlayan qiymətlə təqdim edib. Həmin kredit məhsulları “Daşınmaz əmlakın girovu ilə kredit”, “Dollar depoziti əsasında manatla kredit xətti”, “Kredit kartı”, “Nağd pulla kredit” adı altında təklif olunub.
Belə ki, “Daşınmaz əmlakın girovu ilə kredit” 7 000-dən 50 000 AZN-ə qədər, 2% komissiya haqqı və 6 aydan 60 ayadək , “Dollar depoziti əsasında manatla kredit xətti” əmanətin ümumi məbləğinin 70%-ə qədəri, komissiyasız ,1 aydan 12 ayadək təqdim olunur. “Kredit kartı” məhsulu 300 – 30 000 AZN məbləğində, 12 aydan 36 ayadək komissiyasız, “Nağd pulla kredit” məhsulu isə 500-dən 30 000 AZN-ə qədər, 1% komissiya ilə 6 aydan 36 ayadək müştərilərə kredit məhsulları təklif edib.