NIKOYL Bank-ın səhmdarlarının 21 aprel 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən Bankın nizamnamə kapitalının artırılması prosesi yekunlaşdırılıb.
Belə ki, bankın nizamnamə kapitalı 35.5 mln manat məbləğində artırılaraq 220 mln. manata çatdırılıb.
Qeyd edək ki, NIKOYL Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.