“NİKOYL” Bank növbəti qanvermə aksiyasını keçirib

Talassemiya günü ərəfəsində “NİKOYL” Bankın kollektivi könüllü olaraq xəstə uşaqlar üçün ənənəvi qanvermə aksiyasını keçirib. Baş ofisin və şəhər filiallarının əməkdaşları bu aksiyada iştirak edərək bir daha sübut ediblər ki, “NIKOYL”  Bank “qan donoru” adını layiqincə daşıyır. İldə iki dəfə keçirilən bu ənənə Bankın Korporativ Sosial Məsuliyyətlilik proqramı çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır