NIKOYL Bank Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş könüllü ənənəvi qanvermə aksiyasını keçirib. Aksiyada Bankın həm Baş İdarənin, həm də şəhər filiallarının əməkdaşları iştirak ediblər. Belə ki, Bu ənənə Bankın Korporativ Sosial Məsuliyyətlilik proqramı çərçivəsində həyata keçirilmişdir.
NIKOYL Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.