“NİKOYL” İKB ASC-nin səhmdarlarının ümumi yığıncağı təxirə salınıb

“NİKOYL” İKB ASC bildirir ki, 08.02.2017-ci il tarixində planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınmışdır. “NİKOYL” İKB ASC-inin səhmdarlarının növbədənkanar ümumi yığıncağı 20.02.2017-ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində saat 11:00-da keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,

2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,

3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.

4. “NİKOYL “ İKB ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması Yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallar Səhmdarların elektron ünvanlarına göndəriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır