“NİKOYL” İKB ASC bildirir ki, 16.01.2017-ci il tarixində Rusiya Federasiyası, Moskva şəhəri, Yefremov küçəsi 8 ünvanında keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınmışdır.
“NİKOYL” İKB ASC-inin səhmdarlarının növbədənkanar ümumi yığıncağı 08.02.2017- ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcəkdir.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,
2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,
3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.
4. “NİKOYL” İKB ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması.
Yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallar Səhmdarların elektron ünvanlarına göndəriləcəkdir