Bu yaxınlarda, elektron poçt qutuma qəribə bir məktub daxil oldu. Məktub tam olaraq belə idi: “Salam. Məqalə yazmaq istəyirəm. Kimlə danışmalıyam bu barədə? Sağolun.”
Diqqətimizi bir anlıq məktubun açar sözünə cəmləyək, “istəyirəm” sözünə. Bu sözlə, şəxs müraciətinin əsas məqsədinin öz mənfəəti olduğunu bildirir. Bu isə, biznes mühitində yol verilə biləcək ən kobud səhvlərdəndir.
Həyatın bəzi məqamlarında istəklərimiz, arzularımız bizi “kor” edə bilər. Hər kəs nələrsə istəyir, istəməlidir də. Lakin, istəklərimizin gerçəkləşməsi üçün daha məntiqli addımlar atılmalıdır.
Nümunə olaraq, biznes mühitində həyata keçirilən tranzaksiyaları göz önünə gətirmək olar. Sahibkarlar investorlardan maliyyə vəsaiti cəlb etməyə çalışırlar və bunun üçün investorun uzunmüddətli dövrdə bu yatırımdan qazana biləcəkləri mənfəəti göz önünə sərirlər. Məhsul satmaq üçün isə, həmin məhsulun alıcının həyatında nə kimi müsbət təsirləri olacağından bəhs edirlər. Qısacası, hər kəs tranzaksiyada qarşı tərəfdən “qopara” biləcəyi dəyəri güdür.
Dəyərin əsas gücü də elə budur – başqalarına dəyəri necə çatdırmalı olduğunu bildiyin təqdirdə, öz istəklərinin reallaşmasına daha çox yaxınlaşırsan.
Jason Feifer