Bu sığorta şirkəti nizamnamə kapitalını artırıb

“Atasığorta” ASC nizamnamə kapitalını 2,2 mln. manat və yaxud 17,74% artıraraq 14,6 mln. manata çatdırıb.

BBN.az xəbər verir ki, “Atasığorta” ASC tərəfindən kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 25 manat olan 88 min ədəd adi, sənədsiz, adlı səhm buraxılıb.

Qeyd edək ki, Bakı Fond Birjasında bağlanmış əqd nəticəsində “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə yeni səhmləri şirkətin yeganə səhmdarı – “Ataholding” MMC əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır