Nobel mükafatçısı iqtisadçıdan Bitcoin şərhi

Nobel mükafatçısı, Yale Universitetinin professoru, iqtisadçı Robert Shiller bir çox Bitcoin investorunun əyləndiyini deyib.

“Bloomberg TV”də danışan iqtisadçı, “Həyatınızdakı bütün yığımları buna qoymayın. Bununla biraz oynamaq oyun kimi bir şeydir. Bu maliyyə bazarlarını sürükləyən şeyin bir parçasıdır. Bu bir kefdir” ifadələrindən istifadə edib.

R. Shiller, həmçinin, deyib ki, Bitcoinlə əlaqələr sadəcə iqtisadi yönümlü deyil, bu həm də psixoloji yöndədir. Bunun isə ağla birja və daşınmaz əmlak bazarlarının çöküşünü və maliyyə böhranlarınının gətirdiyini qeyd edib.

Qeyd edək ki, başqa bir Nobel mükafatçısı, iqtisadçı Joseph Stiglitz də verdiyi açıqlamasında Bitcoin də daxil olmaqla rəqəmsal pul vahidlərinin bir mənasının olmadığını və dərhal qadağan olunmalı olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır