Ölkə əhalisinin nominal gəlirləri artıb

2018-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30331,0 milyon manat olub.

BBN.az Statistika Komitəsinə əsasən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 3094,8 manat düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır