Notariuslar nağdlaşdırmaya görə vergi ödəməyəcəklər

Notariuslar  depozit və cari hesablarından pul vəsaitinin nağdlaşdırılmasına görə sadələşdirilmiş vergi ödəməyəcəklər.

Bu haqda BBN.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Məlumata əsasən, bu haqda əlaqədar mövzu ilə bağlı ABA tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış sorğunun cavabında qeyd olunub. Notariuslar tərəfindən öz fəaliyyətləri ilə bağlı bankda olan depozit və cari hesablarından pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır