Novak: “Neft qiymətləri yenidən 100 dolları ötə bilməz”

Rusiyanın Enerji naziri Aleksandr Novak neft qiymətlərinin 2014-cü ildəki 100 dollardan yuxarı olan səviyyəyə çatmasına şübhə ilə yanaşdığını bildirib.

“Neft qiymətlərinin 2014-cü ildəki 100 dollardan yuxarı səviyyəyə çatacağını düşünmürük. Bazar dəyişib, yeni texnologiyalar ortaya çıxıb neft istehsalı xərcləri azalıb və səmərəlilik artıb”-deyə Novak bildirib.

Qeyd edək ki, nazirin fikrincə bir barrel neftin qiyməti 50-55 dollar arasında dəyişəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır