Neft istehsalının azaldılması Rusiyanın ölkələrarası uzunmüddətli müqavilələrinə aid edilməyəcək. Bu şirkətlər hasilatın azaldılmasını başqa istiqamətlərdə həyata keçirəcəklər.
Bu haqda Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
Qeyd edək ki, Rusiya 2017-ci ilin ilk yarısında neft hasilatını günlük 300 min barrel azaltmaq istəyir.