Noyabr ayında 2 674 Yaşıl Kart müqaviləsi bağlanılıb

2017-ci ilin noyabr ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2 674 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

Bunlardan 1 352 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1 278 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 44 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanan sığorta haqları 184 240 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2063 minik, 309 yük, 281 qoşqu, 20 avtobus və 1 motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır