30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artıb.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil edib. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.
30 noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Bank icmalı_30 noyabr 2017 (1)