Noyabrda 1 debet kartla 220 manat məbləğində əməliyyat aparılıb

2017-ci ilin noyabr ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 5.1 milyon ədəd olub. Oktyabr ayı ilə müqayisədə bu göstərici 55 min ədəd çoxdur.

BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabr ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.135 milyard manat olub. Bundan əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 11 milyon manat məbləğində azalıb.

Qeyd edək ki, orta hesabla noyabr ayı ərzində 1 debet kartla 220 manat məbləğində əməliyyat aparılıb. Bu da oktyabr ayı ilə müqayisədə təqribən 4 manat azdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır