Noyabrda 35.7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 35.7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3.5% artıb, neft sektorunda isə 5% azalıb.

Sənaye məhsulunun 69.9%-i mədənçıxarma sektorunda, 24.9%-i emal sektorunda, 4.4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır