2017-ci ilin noyabr ayının göstəricilərinə əsasən, Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 12226.2 mln. manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 74.0 mln. manat və ya 0.6% artıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisə etsək, göstəricilərin 4049.3 mln. manat və ya 24.9% azaldığını müşahidə etmək olar.