Nyu York birjasi həftəni rekord göstərici ilə tamamlayıb

Nyu York birjasında indekslər həftənin son iş gününü rekord səviyyədə tamamlayıb.

“Dow Jones” indeksi 220,74 xal (0,88%) qazanaraq 25 295,87 xalla, Standard & Poor’s  500 indeksi 19,16 xal (0,7 %) qazanaraq 2 743,15 xalla həftəni rekord göstərici ilə başa vurub.

Nasdaq Texnoloji İndeksi də 58,64 xalla (0,83%) dəyər qazanaraq 7.136,56 xalla rekord səviyyəyə çatıb.

Qeyd edək ki, Standard & Poor’s 500 və Nasdaq Texnoloji İndeksləri 2016-cı ilin noyabr ayından bu yana ən yüksək qazancı əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır