Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi azalıb.
BBN.az xəbər verir ki, 2018-ci ilin aprel ayı üzrə debet və kredit kartlarının ümumi sayı 6 022 milyon ədəd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 89 min ədəd çoxdur.
Həmçinin, aprel ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.36 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 159 milyon manat məbləğində azalıb.
Qeyd edək ki, orta hesabla aprel ayı ərzində 1 kartla 226 manat məbləğində əməliyyat aparılıb. Bu da mart ayı ilə müqayisədə təqribən 30 manat çoxdur.