2017- ci ilin iyun ayı üzrə debet və kredit kartlarının ümumi sayı 5.51 milyon ədəd təşkil edib. Bu ötən ayla müqayisədə 50 min ədəd azdır. Həmçinin, iyun ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.3 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 18 milyon manat məbləğində artıb.
Qeyd edək ki, orta hesabla iyun ayı ərzində 1 kartla 235 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 19 manat çoxdur.