Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 36 mln. manat azalıb

2017- ci ilin avqust ayı üzrə debet və kredit kartlarının ümumi sayı 5.59 milyon ədəd təşkil edib. Bu ötən ayla müqayisədə 33 min ədəd çoxdur. Həmçinin, avqust ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.24 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 36 milyon manat məbləğində azalıb.

Qeyd edək ki, orta hesabla avqust ayı ərzində  1 kartla  221 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 8 manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır