Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi artıb

2017-ci ilin dekabr ayı üzrə debet və kredit kartlarının ümumi sayı 5.80 milyon ədəd təşkil edib. Bu göstərici noyabr ayı ilə müqayisədə 28 min ədəd çoxdur.

Həmçinin, dekabr ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.55 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 274 milyon manat məbləğində artıb.

Qeyd edək ki, orta hesabla dekabr ayı ərzində 1 kartla 267 manat məbləğində əməliyyat aparılıb. Bu da noyabr ayı ilə müqayisədə təqribən 47 manat çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır