ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupunun növbəti iclası keçirilib

11 sentyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupunun növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalar”na son dəyişikliklər müzakirə edilmişdir.

Aparılan müzakirələrdə qaydalara edilən dəyişikliklərin ölkədə ödəniş kartları sahəsində innovativ ödəniş həllərinin istifadəsinin genişlənməsinə və bankların bu sahədə fəaliyyətləri üzrə risklərin daha effektiv idarə edilməsinə imkan verəcəyi qeyd edilmişdir. Həmçinin aparılan dəyişikliklərin pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb edilməsini təmin edə biləcək əvvəlcədən ödənilmiş kartların daha effektiv istifadəsinə imkan yaradacağı vurğulanmışdır. Qeyd edilmişdir ki, bu dəyişikliklər ödəniş kartları sahəsində kart sahibləri ilə bağlanılan müqavilə münasibətlərinə dair yeni tələbləri də müəyyən edir.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə yeni dəyişikliklərin üstünlükləri və beynəlxalq təcrübədə bu sahədə son tendensiyalar da müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır