14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə ilk üçlükdə yer alıb.
Mükafat Qrupa sərdlik edən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Alternativ Xidmət Kanalları üzrə” müdiri Məhəmməd Məmmədova təqdim edilib.
Ekspert Qrupunda 18 bank təmsil olunur:
- Accessbank;
- AGBank;
- Amrahbank;
- Atabank;
- Azərbaycan Benəlxalq Bankı;
- Bank BTB;
- Bank of Baku;
- Bank Respublika;
- Caspian Development Bank;
- Expressbank;
- GünayBank;
- Kapital Bank;
- Muğanbank;
- Nikoil Bank;
- PAŞA Bank;
- Rabitəbank;
- Unibank;
- Yapı Kredi Bank Azərbaycan.
Qeyd edək ki, Qrupda kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.