4 mart 2019-cu il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiayası (ABA) IFC Elektron və Rəqəmsal Maliyyə Xidmətləri (ERMX) layihəsi çərçivəsində hazırlanan “Rəqəmsal bankçılıq: əlavə dəyər qatan xidmətlər” mövzusunda vebinar təşkil edib.
ABA-ın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri üçün təşkil olunan vebinarda, Azərbaycan da daxil olmaqla dünyada bankların rəqəmsallaşmaq istəyi və əməliyyatların hansı hissəsinin rəqəmsallaşdırılması araşdırılıb. Bundan əlavə, təqdimatçı rəqəmsallaşdırma yoluna qədəm qoymuş bankların hansı məqamlara diqqət yetirməli olduğunu və onların müştərilərinə təklif etdiyi məhsullarda daha çox dəyər yaratmaq üçün texnologiyadan necə yararlanmaları barədə danışıb. Bu, hədəflənmiş müştəri seqmentindən asılı olaraq, bankın hansı məhsul növlərini təqdim edə biləcəyi barədə Azərbaycan banklarında geniş təsəvvür yaradacaqdır. Seminarın əsas mövzuları “Rəqəmsal bankçılıq nədir?”, “Banklar hansı səbəbdən rəqəmsallaşmaq istəyirlər?”, “Rəqəmsal bank olmaq nə deməkdir?”, “Bəzi banklar hansı məhsullar təklif edir?”, “Bu günə qədərki təcrübə nə deyir”, “Rəqəmsallığın yeddi prinsipi”, “IFC rəqəmsal səyahətində banklara necə kömək edə bilər?”, “Texnoloji platformalar və arxitektura”, “Müştəri yönümlü inqiliabi banklar”, “Keys – BBVA rəqəmsallığa doğru səyahət” olub.
Vebinarı IFC (Dünya Bankı Qrupu) Avropa və Mərkəzi Asiya regionunda Bankçılıq və Rəqəmsal Transformasiya Məsləhət Xidmətlərinə rəhbərli Kaiser Naseem keçirmişdir.