“Ödəniş xidmətlərindən istifadənin təkmilləşdirilməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır”.
Bu sözləri Mərkəzi Bankının(AMB) İdarə Heyyəti Sədrinin birinci müavini Alim Quliyev “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri layihəsi”nin açılışına həsr olunmuş tədbir zamanı qeyd edib.
Alim Quliyev bildirib ki, bu layihə bank ilə əlaqədar bir çox proseslərin sadələşdirilməsi və xüsusilə ucqar ərazilərdə olan fiziki şəxslər və sahibkarlara maliyyə xidmətlərinə çıxış əldə etmək məqsədilə yeni texnologiyaların təqdim olunmasına yardım edəcək.