Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

BBN.az Vergilər Nazirliyinin rəsmi orqanı “Vergilər Qəzeti“nə istinadən xəbər verir:

Bu ilin ilk dörd ayında Azərbaycanda qeyri-neft ixracı 20%-dək, qeyri-neft ÜDM-i isə 3%-dək artıb.

“Azərbaycan Respubikası İpoteka və Kredit zəmanət Fondu”nun xətti ilə verilmiş 22 638 ipoteka krediti üzrə məbləğ 1 40 666 manatdan çoxdur.

Yanvar-aprel aylarında Azərbaycan və Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi 15% artıb.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsinin dəyəri təxminən 1.6-1.7 milyard dollar civarında müəyyənləşdirilib.

Cari ilin ilk dörd ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.6% artaraq 642.8 manata çatıb.

Son iki il ərzində Azərbaycan sahibkarlarına hökumət tərəfindən 271 layihə üzrə 2 milyard manatdan çox olan investisiya təşviqi sənədi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır