İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyəsində əməkhaqqından tutulan yüksək verginin azaldılması və vergi yükünün dolayı vegrilərə, eləcə də ekoloji yığımlara yönəldilməsi vurğulanıb. Bildirilib ki, vergi yükünün ağır olması əmək bazarının inkişafını əngələ çevirir ki, bu da iqtisadiyyatda tarazılığı pozur: onsuz da digər ölkələrlə müqayisədə Finlandiyada məşğulluğun səviyyəsi aşağıdır.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, təşkilatın ekspertləri hesab edirlər ki, əməkhaqqından tutulan verginin azaldılmasını və vergi yükünün başqa formalara keçirilməsini əhatə edən vergi islahatları gəlir bazasının artımına şərait yarada bilər.
OECD təsdiq edib ki, Finlandiya vergi dərəcələrinin aşağı salınmasının azaldılması hesabına ƏDV bazasını yüksəltmək imkanına malikdir. Hazırda Finlandiyada ƏDV-nin standart dərəcəsi 24 %-dir və bu OECD üzrə ən yüksək göstəricilərindəndir. Lakin bir çox mal və xidmətlərə görə ƏDV-nin xeyli aşağı dərəcələri tətbiq olunur ki, bu da nəticədə Finlandiyanın ƏDV sisteminin OECD-yə üzv olan digər ölkələrlə müqayisədə daha səmərəsiz olmasına gətirib çıxarır.