OECD ölkələrində işsizlik səviyyəsi azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatından  (OECD) bildirilib ki, təşkilata üzv ölkələrdə işsizlik səviyyəsi 6,3% dən 6,2%-ə qədər azalıb. Bölgədə gənclər arasında  işsizlik səviyyəsi isə 12,8% olaraq qalıb.

Qeyd edək ki, ən yüksək işsizlik səviyyəsi 19,2% ilə İspaniyada qeydə alınıb. Üzv ölkələrdə işsizlərin sayı 38 milyon 789 min nəfərdir ki, ötən ay  bu göstərici 39 milyon 428 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır